Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki, qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu dəyişməlidirlər.
Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə uyğun keyfiyyətli şin ala bilirlərmi?
Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən bahalıları isə Avropadan gələnlərdir.
Pravda.az xəbər verir ki, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.