“Bu yaxınlarda “TikTok”da illər əvvəl parodiya etdiyim bir video çıxdı qarşıma. İnanın, baxıb o qədər utandım ki... Xatirə İslam da həmin videoya baxıb mənə yazdı ki, sən duzsan, hər evə lazımsan, o qədər gülmüşəm. Cavab verdim ki, məni ələ salırsan. Yəni etdiyim parodiya onun çox xoşuna gəlib”.
Bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “İzzət şou” verilişində deyib.