Hesablama Palatası "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndə audit yoxlaması həyata keçirib.
Bu barədə Palatadan bildirilib. Qeyd edilib ki, HP 2024-cü ilin iş planına əsasən sözügedən publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsi və idarə edilməsinin auditini aparıb.