"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun ölümündən öncə həyatının son saatlarına aid görüntüsü yayılıb. Titul.az-ın əldə etdiyi kadrlarda mərhum saz ifaçısının müşaiyəti ilə şeir deyir.
T.Əhmədovun dediyi şeirdə "Görünür çatıbdır ömrümün sonu" sətrindən sonra qəhər onu boğub, bir neçə saniyəlik pauza verib, sonra davam edib.