Bacısını öldüməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüsüynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Məhəmməd Şahbazov barəsində başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən 120.1-ci maddəsinə tövsif olunub, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb.