Müğənni Leyla Rəhimova canlı yayımda kövrək anlar yaşayıb. Axşam.az xəbər verir ki, ifaçı 15 ildir küsülü olduğu musiqiçi atası Adil Rəhimovun səsini "7 Tamam" verilişində eşidib. Müğənninin valideyni səsyazısında qızı ilə bağlı bunları deyib:
"Mənim səhvim oldu ki, onu Rusiyaya getməyə qoydum. Səni çox istəyirəm. Məndən niyə qaçırsan? Sənə nə etmişəm? Hər işində, tədbirində mən iştirak etmişəm. Nə demisən, baş üstə demişəm. Sənin inkişafın naminə hər şey etmişəm. Mənim kimim var ki? İki qızım, bir oğlum var. Sənin boşanmağına qarşıyam. Ailəni dağıtmaq olmaz. Vaxt gələcək biz onsuz da görüşəcəyik".