Zərdabda baş verən bədbəxt hadisənin bəzi detalları məlum olub.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, hadisə oktyabr ayının 28-də saat 15:00 radələrində rayon ərazisindən keçən Aşağı Şirvan Kollektorunda qeydə alınıb.
Belə ki, rayonun 30 yaşlı sakini Murad Cümşüdov əmisi ilə birlikdə əraziyə balıq tutmaq məqsədilə gəlib. Bu zaman o qayıqla balıq tutarkən halı pisləşib və suya yıxılıb. Əmisi onu sudan çıxarmağa çalışsa da, Muradın həyatını xilas etmək mümkün olmayıb və suda boğularaq ölüb.
Mərhumun digər əmisi Bəhruz Cümşüdov Bizim.Media-nın yerli bürosuna bildirib ki, Murad əmisi ilə balıq tutarkən qəfildən suya yıxılıb: