Əməkdar artist Yusif Mustafayev arzusunu açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günə bax" verilişində danışıb. O bildirib ki, ən böyük arzusu "Xalq artisti" olmaqdır:
"Dünyadan "Xalq artisti" kimi köçməyi arzulayıram"
"Ən ümdə arzularımdan biri budur. Nə qədər ömrüm varsa, ya Allah. Amma həyatdan köçəndə Xalq artisti kimi köçməyi arzulayıram".
Qeyd edək ki, Yusif Mustafayev 2015-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb.