"Aygün Kazımova son illər bütün şou-biznesi ayağa qaldırıb. Adam işləyir, kliplər edir və partladır. Ancaq o işləyir, qalanları qazandığını yığır. Konsert demirəm, balaca ölkəyik. Amma klip də çəkdirmirlər axı... Yaradıcılıqla məşğul olan yoxdur. Bu ölkədə bircə Aygün Kazımova yaradıcılıqla məşğuldur. Səhnə aşiqi. O da cibindən xərcləyir". Bu sözləri aparıcı Ülıvira Qarayeva instaqramda canlı yayımda deyib. Aparıcı Xalq artisti Aygün Kazımovadan danışaraq, onun ölkədə tək işləyən sənət adamı olduğunu bildirib:
"Müsahibə vermir. Gəlsin ona qurban kəsəcəyəm. Studiyamıza gələn günə qurban demişəm. Çünki Aygün Kazımovanın həyatında 10 qadının taleyi var. Həyatı o qədər dolu, zəngin yaşayır.