BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şeytanı azdıran insanlar var”

“Bəzən pislik edənlər fikirləşirlər ki, pislik etdim, kənara çəkildim, bununla bitdi. Amma onu Allaha həvala edirsən, sənə etdiyinin min qatını yaşayır”. Pravda.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri “Günə bax” verilişində müğənni Nazənin Salayeva deyib. 

 

O, fikirlərinə bunları da əlavə edib: “Adam var, elə şər-böhtan atır ki... Hələ inandırmaq üçün deyir ki, mənim yanımda da belə edib. Deyirəm, niyə belə deyirsən? Söyləyir ki, belə deməsəm, inanmayacaq. Şeytanı azdıran insanlar var. Elə oynayırlar. Efirə də oynayırlar.


Pisliyin içindədir, şər-böhtan atır... Efirdə elə danışır ki, guya bundan təmiz, namuslu insan yoxdur. Bir insanda vicdan ya olur, ya olmur. O, bazarda satılmır ki, gedib alasan. Nə xoş o insana ki, vicdanlı doğulur. Pislik edən adama çatmır ki, nə vaxtsa ona ikiqatı gələcək”. 

Tarix: 29 Oktyabr 2024, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin