Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakının məşhur bazarında söküntü başladı - VİDEO - YENİLƏNDİ

3 146
Paylaş:
Bakının məşhur bazarında söküntü başladı -     VİDEO - YENİLƏNDİ

Bakının Nizami rayonunda "Vosmoy" bazarı kimi tanınan "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Obyekt sahibləri Baku TV-yə açıqlamalarında söküntü işləri ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilmədiyini deyiblər.

"10 gün əvvəl xəbərdarlıq edilməli idi ki, mal gətirməyək. Ötən gün satmaq üçün 4 min manatlıq mal gətirmişəm. İndi sata bilmirəm", - deyə sahibkar etirazını bildirib.

***

10:39

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb. Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.

Paylaş:

Ən son xəbərlər