Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimi Ceyhun Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, araşdırma nəticəsində 13 yaşlı tələbəsinə dəfələrlə seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 53 yaşlı müəllimin təqsiri sübuta yetirilib.
Zərərçəkmiş yeniyetmə Gülər (şərti) ilkin və məhkəmə istintaqı dövründə hər şeyi etiraf edib. O deyib ki, müəllimi əvvəl ona ata kimi qayğı göstərib. Hər nailiyyət qazananda başından öpüb. Sonradan bu hərəkətləri xoşuna gəlməyib. Bir müddətdən sonra müəllimi daha da irəli gedərək ona qarşı tam dərk etmədiyi əxlaqsız hərəkətlər edib.
Bütün bunlara baxmayaraq, Gülər ifadəsində müəlliminin həbs edilməsini istəmədiyini deyib. Hətta C.Əliyevin ona görə həbs edilməsini istəmədiyi üçün bir ara ilkin ifadəsini də danıb.