BURADA REKLAMINIZ OLA
BİLƏR

Yolun ortasını "çayxanaya çevirən" sürücülər - 18 bal 720 manat cərimə - VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 28-də, paytaxtın Xəqani Rüstəmov küçəsində baş verib. Ağ Şəhər bulvarından Babək prospektinə gedən yolun üzərində köşkün qarşısını Yango və Bolt taksiləri zəbt edərək tez-tez belə vəziyyət yaradırlar. Hansı ki, qarşıda boş yer var, lakin onlar ikinci cərgədə dayanırlar.

 

77-SH-722 qeydiyyat nişanlı "Mercedes" markalı, 77-SL-439 qeydiyyat nişanlı "BYD" markalı, 60-CC-984 qeydiyyat nişanlı "Hyundai" nişanlı, 77-PJ-660 qeydiyyat nişanlı "Chevrolet" markalı, 77-YS-854 qeydiyyat nişanlı "Chevrolet" markalı, 77-CJ-884 qeydiyyat nişanlı "Toyota" markalı, 90-YB-856 qeydiyyat nişanlı "BYD" markalı, 77-YR-279 qeydiyyat nişanlı "Chevrolet" markalı, 77-YA-563 qeydiyyat nişanlı "BYD" markalı avtomobillərin sürücüləri ikinci və üçüncü cərgədə park edərək zolaqları zəbt ediblər. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, digər sürücülərin hərəkəti üçün yalnız bir zolaq qalıb.

 

Qeyd edək ki, bu hal həmin küçədə hər gün baş verir. Orada əsasən taksi sürücüləri dayanaraq köşkdən çay-kofe alıb içirlər.

 

Bu qayda pozuntusuna görə, sürücülər 2 bal 80 manat məbləğində cərimə oluna bilərlər.

 

Tarix: 30 Oktyabr 2024, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin