"AzərMaş" ASC-nin İdarə Həyətinin sədri Emin Axundovu və yaxınlarını ölümlə hədələyərək 100 min manat tələb etməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Əhməd hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.