Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakıda xəstəxanalarda koronavirus xəstələri üçün yer yoxdur? - RƏSMİ AÇIQLAMA

1 120
Paylaş:
Bakıda xəstəxanalarda koronavirus xəstələri üçün yer yoxdur? -     RƏSMİ AÇIQLAMA

"Azərbaycanda modul tipli xəstəxanlar fəaliyyət göstərir, buna görə də xəstəxanalarda yer olmaması kimi bir problemimiz yoxdur".

Pravda.az-ın xəbərinə görə, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O əlavə edib ki, Bakıda xəstəxanalarda koronavirus xəstələri üçün yerlərin olmaması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Düzdür, yoluxma sayı artır. Lakin virusa yoluxmuş şəxslər ağırlıq dərəcəsindən asılı olaraq, xəstəxanalara yerləşdirlir. Bilirsiniz ki, modul tipli xəstəxanlar fəaliyyət göstərir, buna görə də xəstəxanalarda yer olmaması kimi bir problemimiz yoxdur".

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Baku.ws

Paylaş:

Ən son xəbərlər