Azərbaycan Tibb Universitetində daha bir prorektor təyin edilib. Modern.az-ın məlumatına görə, İlqar Mehrabov ali təhsil müəssisəsinin İnzibati - təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə gətirilib.
O, artıq öz səlahiyyətlərinin icrasına başlayıb. İlqar Mehrabov 1995-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində öncə müfəttiş, sonra isə şöbə müdiri vəzifəsində, 2004-cü ildə Müstəqil Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində, 2004-2016-cı illərdə Dövlət Sosial Müdafiə Fondunda sektor müdiri vəzifəsində, 2016-cı ildən 2024-cü ilin sentyabr ayına kimi Azərbaycan Tibb Universitetində Baş Mühasib vəzifəsində, 2018-ci ildən isə həm də Rektorun müşaviri vəzifəsində çalışıb.