İntensiv yağışlardan sonra Bakının Xətai rayonu, Nazim Şükürov küçəsində torpaq sürüşməsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, əvvəllər hissə-hissə sürüşən torpaq indi böyük kütlələr şəklində uçmağa başlayıb.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq əraziyə baxış keçirilib, məsələnin həlli ilə bağlı lazımi tədbirlər görüləcək.