Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Milli Qəhrəmanın atası vəfat etdi

640
Paylaş:
Milli Qəhrəmanın atası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun atası Məhyəddin Çobanov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, Məhyəddin Çobanov oktyabrın 29-u Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn edilib.

Qeyd edək ki, Şamoy Çobanov 1965-ci ilin yanvar ayının 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olub.

O, 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində gedən döyüşdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Şamoy Məhyəddin oğlu Çobanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Paylaş:

Ən son xəbərlər