Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ceyhun Abbasova protokol yazıldı - İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları pozulub

900
Paylaş:
Ceyhun Abbasova protokol yazıldı -     İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları pozulub

Abbasov Ceyhun Həsənov oğluna inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin icraatındadır.

Qeyd: C.Abbasov "Avrora Qrup"un prezidentidir.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər