Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunub.
Sayt rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.