Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Baş Prokurorluq “General Hospital” Tibb Mərkəzi ilə bağlı məlumat yaydı: Cinayət işi başlanaraq istintaq aparılır

648
Paylaş:
Baş Prokurorluq “General Hospital” Tibb Mərkəzi ilə bağlı məlumat yaydı:     Cinayət işi başlanaraq istintaq aparılır

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Pravda.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:

Ən son xəbərlər