Son günlər sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olması üzə çıxıb.
Dubay şokoladının ümumi çəkisi adətən 200-300 qram və qiyməti 25-45 manat arasında dəyişir. Mütəxəssislərin hesablamalarına görə, bu desertin bir çubuğunda təxminən 1000 kalori var və bu normadan artıqdır.
Bəs insanların böyük marağına səbəb olan və həddindən artıq satılan bu şokoladın zərərlərindən onların xəbəri varmı?
Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı məlum olub ki, Dubay şokoladının ziyanlarından xəbərdar olan da var, onu alıb dadına baxmağı seçən də.