Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 30 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.