Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bibisi oğlunu öldürmək istəyən şəxsə nə qədər cəza verilib?

555
Paylaş:
Bibisi oğlunu öldürmək istəyən şəxsə nə qədər cəza verilib?

Bakı Apellyasiya Məhkəməsində bibisi oğluna öldürməyə cəhddə təqsirləndirilən Rahib Niyyətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Rahib Niyyətova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürüb. 

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər