"Quotezone" sığorta şirkətinin mütəxəssisləri sosial şəbəkələrdə istifadəçilərin rəyləri əsasında turistlərin ən çox oğurluğa məruz qaldığı Avropanın 10 ən məşhur turizm ölkəsinin siyahısını hazırlayıb.
Pravda.az lent.az-a istinadən bildirir ki, bu antireytinqə İtaliya başçılıq edir. 478 oğurluq faktının qeydə alındığı bu ölkədə ən təhlükəli yer Romadakı Trevi fəvvarəsi hesab edilir.