Əməkdar artist Elton Hüseynəliyev solo konsertə hazırlaşır. Axşam.az xəbər verir ki, bu haqda sənətçi "Özəl" proqramında deyib. O bildirib ki, solo konsertə hazırlaşır:
"Dostlarımı, tamaşaçıları konsertimə gözləyirəm. Müğənni üçün konsert hesabat deməkdir. Azərbaycanda konsert vermək çox çətindir. Bizdə konsertə təkan verən müəyyən şeylər inkişaf etməyib. Konsertim üçün özüm maliyyə ayırmışam. İnsanı bunlar konsertə qədər gərgin edir. Məşqlər gedir... Həmin gün özümü bütün problemlərdən, qayğıdan uzaqlaşdırmışam. Elə oxumalıyam ki... Bəlkə ondan sonra konsert vermədim. Mədəniyyət Nazirliyinə xahiş edirəm ki, icazə versinlər afişam bir az yuxarı asılsın. Hər halda Usmanovadan geri qalan ifaçı deyiləm".