Hamam və tualetdəki santexnika avadanlıqları problem mənbəyinə çevrilməməsi üçün yüksək keyfiyyətli qulluq lazımdır. Lent.az xəbər verir ki, bu zaman sizə yuyucu toz kömək edə bilər.
Əlüzyuyan üçün
Mətbəx və ya vanna otağından danışırıqsa, tıxanma problemi yarana bilər. Bir çox ixtisaslaşmış məhsullar var, lakin adi yuyucu tozdan istifadə etmək daha məsləhətdir. Tapşırığın öhdəsindən digər vasitələrdən daha yaxşı gəlir.
100-200 qram məhsulu drenaja tökmək və 250 ml qaynar su əlavə etmək lazımdır. 1 saat gözlədikdən sonra drenajı isti su ilə yuyun.