Rəqqasə Fatimə Fətəliyeva bir neçə gün əvvəl hədələdiyi müğənni Nadir Qafarzadə ilə bir araya gəlib. Axşam.az xəbər verir ki, sənətçilər Əməkdar artist Rəşad İlyasovun ad günü məclisində görüşüblər.
Fatimə birlikdə olan şəkillərini sosial şəbəkədə yayımlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl N.Qafarzadə açıqlamasında Fatimənin küsəyən olduğunu deyərək "Nənəsən, artıq az küs" sözlərini işlədib.

