Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tovuzda bəy idarə etdiyi avtomobili aşırıb, xəsarət alanlar var - YENİLƏNDİ

733
Paylaş:
Tovuzda bəy idarə etdiyi avtomobili aşırıb, xəsarət alanlar var -   YENİLƏNDİ

Tovuzda baş verən qəza nəticəsində xəsarət alanların adları məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, xəsarət alanlar rayonun Düz Qırıxlı kənd sakinləri 2000-ci il təvəllüdlü Şahlar Namazlı və 2001-ci il təvəllüdlü Natiq Qurbanovdur.

***

21:50

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yoldan çıxaraq aşıb və ağaca çırpılıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib.

Məlumata görə, qəzaya düşən bəy avtomobili olub. Toyu olan bəy 2000-ci il təvəllüdlü E.Huseynov da xəsarət alıb.

APA

Paylaş:

Ən son xəbərlər