"O müğənniləri mən də efirə çıxartmışam. Bu gün onları necə cəmiyyətə sırımışıqsa, indi qarşısını ala bilmirik. ANS-də edə bilmədiyimizi başqa kanalllarda etdik. Çünki reytinq verməliydik. Bizim qarşımıza cədvəl qoymuşdular ki, reytinq verməlisiniz". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Xəbərin var?" verilişində deyib. O, verilişlərə dəvət edilən bayağı mahnı ifaçılarından danışıb:
"Bu gün telekanallarda ciddi axsamalar var. 1 ildir teleməkanda yoxam, amma izləyirəm. Pulla efirə çıxmaq istəyənlər televiziyanı ciddi uçurum qarşısında qoyurlar. Görürük ki, bizim yalvarıb, pulla efirə çıxardığımız indi at oynadır. Onlardan təmizləyə bilmirik. Heç də yaxşı deyil.