Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləmiş Vahid Babayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
İttihama görə, 2023-cü ilin yanvar ayı İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.
Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.