Cəlilabadın daha bir kəndində yeni növ koronavirus infeksiyası aşkarlanıb.
Pravda.az-ın xəbərinə görə, rayonun Ağdaş kəndinin bir neçə sakini yüksək hərarətlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onlardan yaxma test analizləri götürülüb, nəticədə bəzi sakinlərdə koronavirus infeksiyası aşkarlanıb. Həmin şəxslərin yaxınları və təmasda olduqları şəxslər koronavirus şübhəsi ilə karantinə alınıb. Eyni zamanda Ağdaş kəndi nəzarətə götürülüb, kənddə karantin rejimi tətbiq edilib. Kənd sakinlərinin, əsasən də 65 yaşdan yuxarı insanların çölə çıxmaması tövsiyə olunur.