Sosial şəbəkələr yalnız gənclərin deyil, həm də yaşlı nəslin əyləncə məkanına çevrilib. Hətta İnstaqram, Feysbuk kimi platformalarda tanınmış yazıçılara, korifey sənətkarlara və meyxanaçılara da rast gəlmək mümkündür.
Ustad meyxanaçı Ağamirzə də onlayn aləmin fəal məşhurlarındandır. Söz xridarı paylaşımları ilə də diqqətləri özünə çəkə bilir. Belə ki, sənətkar son vaxtlar çəkdiyi videolarla gündəmə gəlib. Hər gün paylaşdığı bir dəqiqəlik videolarda söylədiyi hikmətli sözlərlə izləyicilərinə məsləhət verir. Lakin meyxanaçının paylaşımlarına həm yumoristik, həm ironik, həm də tənqidi rəylər yazılır.
Bu paylaşımların sosial mesajını öyrənmək üçün söz ustadı ilə əlaqə saxladıq. Ağamirzə müəllim “Sherg.az”a gələn şərhlərdən sonra paylaşımları dayandırdığını söylədi:
“Altına min dənə söz yazıblar, ona görə də tərgitdim. Hərə bir söz yazıb, biri də yazıb ki, uşaq söhbətləridir. Allaha tapşırıram, yazan adamların allahları bilir. Necə deyim allah cəzasınımı versin, nə məsləhət bilir elə də etsin. Videoda dediklərim, öz sözlərim də deyil, baxıram kitablardan, hədislərdən, müqqədəslərin kəlamlarından götürüb deyirəm. Görürəm xeyri yoxdur, bəzilərinə lazım deyil. 10 faizinə başqa adamlara qulaq asmaq daha vacibdir. Ona görə həvəsdən düşdüm, dayandırdım.
Söz xridarı onu da əlavə etdi ki, sosial şəbəkələrdəki paylaşımlarına gələn rəylərə bağlayıb: