Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.
Pravda.az Milli.az-a istinadən xəbər verir ki, Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.
Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

