Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Maşının nömrəsini oğurlayıb “Range Rover“ə bağladılar

633
Paylaş:
Maşının nömrəsini oğurlayıb “Range Rover“ə bağladılar

Paytaxtın Yasamal rayonu ərazisində "Daevoo" markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə oğurlanmış qeydiyyat nişanları noyabrın 3-də Nizami rayonu ərazisində R.İsgəndərliyə məxsus "Rənc Rover" markalı avtomobilin üzərində aşkar edilib və o, 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər