Sosial şəbəkələrdə Ağstafa rayonuna yeni təyin olunan icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevanın “Azəriqaz” İstehsalat Birliyinə 115 min manat borcu olduğu barədə məlumat yayılıb.
İddia edilir ki, borc icra başçısının ailəsinin biznes fəaliyyəti ilə əlaqədardır.
Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirib ki, qurumla istixana istifadəçisi, fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızı arasında 5 noyabr 2019-cu ildə debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 490 manat təşkil edib.