Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yasamalda evdən 10 min manatlıq oğurluq olub

490
Paylaş:
Yasamalda evdən 10 min manatlıq oğurluq olub


Yasamal rayonunda evlərin birindən oğurluq olub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər