Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində müşahidəçi olmaq istəyənlər üçün sənədlərin təqdimolunma müddəti müəyyənləşib.
Növbədənkənar parlament seçkilərində müşahidəçi olmaq istəyənlərin NƏZƏRİNƏ
Pravda.az-ın xəbərinə görə, Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün Mərkəzi Seçki Komissiyasına ərizələr yanvarın 30-dək təqdim edilməlidir.
Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün müvafiq dairə seçki komissiyasına ərizələr isə fevralın 4-dək təqdim olunmalıdır. Ərizəyə 2-3 gün müddətində baxılır.