"Qız övladı ananın tale yolu ilə gedir" fikri ilə razı deyiləm. Bu günlərdə əsəb və stress yaşamışam. Ola bilər ki, mən bu gün ifa etdiyim musiqini o tərzdə oxumuram ki, hökmən insanlara özümü tanıdım ki, baxın mən məclislərdə də ifa edə bilirəm. Mən o tərəfimi ucuza satmaq istəmirəm. Heç olmasa bizdən bir-iki nəfər salamat qalsın. Amma yenə də qızım heçnədən körluq çəkmir. Valideynlərim ona hər zaman dəstək dururlar. Bir qadın övladının xoşbəxt olmasını istəyirsə başqa bir insanın qızını sevindirməlidir. Misal üçün bir şeyin arzusunda olub onu ala bilməyən bir qız uşağına nəyisə hədiyyə etməlidir". Pravda.az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu "Gün ortası" verilişində deyib.
Qızından söz açan sənətçi efirdə kövrəlib. Əminə bildirib ki, övladına yetərincə diqqət və qayğı verir: