Rusiya ilə Azərbayacan sərhəddində, Dağıstan ərazisindəki Kullar kəndi yaxınlığında baş verən insidentdən sonra 100-ə yaxın azərbaycanlı həbs edilib.
Pravda.az-ın məlumatına görə, bu barədə "İnterfaks"a Məhərrəmkənd rayonunun rəhbəri Fərid Əhmədov bildirib. Həbslər sərhəddə baş verən konfilikdən sonra başlayıb. F.Əhmədovun sözlərinə görə, saxlanılan 93 nəfərdən 80-na 10 sutka cəza verilib.
Xatırladaq ki, müvəqqəti saxlanma düşərgəsində baş verən hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və digər şəxslərin əmlakına qəsdən ziyan vurmaqla maddələri ilə cinayət işi başladılıb.
İyunun 15-də Kullar kəndi yaxınlığındakı müvəqqəti yerləşmə məntəqəsindəki Azərbaycan vətəndaşları ilə polis arasında toqquşma olub. Rusiya mətbuatının yazdığına görə, məntəqədəki Azərbaycan vətəndaşları polisə hücum ediblər, maşınlara maddi ziyan vurublar. Onlar öz ölkələrinə qayıda bilməmələrinə etiraz ediblər və hamının buraxılış məntəqəsindən qarşı tərəfə buraxılmasını tələb ediblər. Bundan sonra hadisə yerinə əlavə qüvvələr cəlb edilib.