BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda general vəkil kimi fəaliyyətə başladı

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.

 

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

 

İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

 

Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.

 

Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

O, hüquq üzrə elmlər doktoru, 42 elmi məqalənin, 2 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.

 

Report

 

Azərbaycanda general vəkil kimi fəaliyyətə başlayıb

Tarix: 6 Noyabr 2024, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin