“Bəli, mənə ikinci qrup əlilik verildi. İllərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə ayağımda çürümə prosesi gedirdi. Sağolsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə ayağım sağaldı”.
Pravda.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Rəhman Rəhmanov “Gün ortası” verilişində deyib.