Bu gün səhər saatlarından etibarən Bakıdan Sumqayıta və eləcə də Sumqayıtdan Bakıya hərəkət etməli olan qatarların hərəkətində yaranan problem aradan qaldırılıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Texniki problem qeydə alınan 6601 saylı qatar 1 saat 33 dəqiqədən sonra yola düşüb.
***
08:10
Bu gün səhər saatlarından etibarən Bakıdan Sumqayıta və eləcə də Sumqayıtdan Bakıya hərəkət etməli olan qatarların hərəkətində gecikmə müşahidə olunur.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Qeyd olunub ki, gecikmənin texniki səbəbdən olduğu deyilib.
"Sumqayıtdan Bakıya gələn ADY-yə məxsus qatarların hərəkəti dayandırılıb. Saat 07:35 qatarı yoxdur. Nə birbaşa gələn, nə də ekspres qatar var. Stansiyada sıxlıq yaranıb", - deyə sərnişin bildirib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qatarların gecikməsinə səbəb Sabunçu stansiyası ərazisindəki kontakt şəbəkədə yaranan texniki problem olub. Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.