Şəmkir rayonunda baldızının yeniyetmə qızına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 153.1-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılan T.Osmanov (şərti) oktyabrın 24-də həbs edilib.
Məlum olub ki, bir müddət əvvəl 40 yaşlı T.Osmanov yaşadığı evdə qonaq olan yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib. O, gecə saat iki radələrində cinsi ehtirasını təmin etmək niyyəti ilə yatmış vəziyyətdə olan qızın paltarlarını əynindən çıxarıb və digər əxlaqsız hərəkətlərə yol verib.