Amerikalı alimlər bürcün ömür uzunluğu ilə necə əlaqələndirilə biləcəyini kəşf ediblər.
ABŞ-dən olan mütəxəssislər 50 min insan haqqında məlumatları öyrənərək, onların doğum tarixi ilə ölüm tarixini müqayisə edib, genişmiqyaslı araşdırma aparıblar. Nəticədə, Bürc işarəsi ilə gözlənilən ömür uzunluğunun bir növ "anti-reytinqi" tərtib edilib.
Ömrü ən qısa olan bürcləri təqdim edirik:
Birinci yer: Əqrəb
Əqrəblər ən aşağı orta ömür uzunluğu ilə siyahıya başçılıq edir - cəmi 63 il. Astroloqlar bunu belə izah edirlər ki, bu bürc altında doğulan insanlar tez-tez hirs və qıcıqlanma da daxil olmaqla, emosiyalarını boğurlar. Həkimə müraciət etmək əvəzinə, ağrı və narahatlığa dözməyə meyllidirlər, bu da sağlamlıqlarına mənfi təsir göstərə bilər.