BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsgərimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həbib İlham oğlu Orucov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

 

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

 

"Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin", - o bildirib.

Tarix: 9 Noyabr 2024, 21:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin