“Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə xəbər həqiqəti əks etdirmir və tərəfimizdən təkzib edilir”.
Mirqafar Seyidov vəzifəsindən azad edilib? – DİN-dən AÇIQLAMA
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
Qeyd edək ki, mediada Daxili İşlər naziri Vilayət Eyvazovun polis general-mayoru Mirqafar Seyidovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.