Xəzər dənizində naməlum varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub. Ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.
Ətraf mühit üzrə ekspert Rövşən Abbasov "Xəzər Xəbər"ə deyib ki, yayılmış görüntülərin real olduğunu demək çətindir.