BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu problemi heç cür həll edə bilmirik"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ"dan aldıqları böyükhesablı məğlubiyyəti (0:4) şərh edib.

 

42 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:

 

"Xal qazanmağa cəhd etdik. Amma oyunun əvvəlində qol buraxaraq çətin vəziyyətə düşdük. "Qarabağ"a qarşı matçın 2-ci dəqiqəsində hesabda geri düşürsənsə, oyunu dəyişmək çətin olur. Oyunçular çalışdılar. Qollardan üçünü standart vəziyyətlərdən buraxdığımızı da vurğulamalıyam. Bu problemi heç cür həll edə bilmirik. "Şerif", "Osiek" və "Omonoiya" ilə avrokubok matçlarında da belə qollar buraxmışdıq. 13 qoldan 9-u qapımıza standart vəziyyətlərdən vurulub. Fasilə zamanı bu problem üzərində işləyəcəyik. 

 

Qismət Alıyev və Rüstəm Əhmədzadə zədələniblər. Zədələrinin nə dərəcədə ciddi olduğunu sonra biləcəyik. İldar Ələkbərov  da əvəzlənməsini xahiş etdi, amma onu dəyişmək imkanımız olmadı. Son iki oyunda üzücü yenilgilər almışıq. Yaxşı hazırlaşmalıyıq ki, mövsümün birinci yarısını uğurla bitirək". (fanat.az)

Tarix: 10 Noyabr 2024, 22:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin