Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki qonağı tarixçi-alim Vasif Qafarovdur.
O, İrəvanın ermənilərə verilməsi ilə bağlı Milli Şuranın 29 may 1918-ci il tarixli qərarına toxunub. Tarixçi, bildirib ki, İrəvanın ermənilərə verilməsi haqda Milli Şuranın bu qərarına heç kim haqq qazandıra bilməz.
Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadənin və Məhəmməd Həsən Hacınskinin ən böyük səhvi Osmanlı imperiyasının sədrəzəmi Tələt Paşanın mövqeyini dəstəkləməməsi olub. Belə ki, Tələt Paşa “bu çibanın kökündən kəsilməli olması” barədə kəskin mövqe ortaya qoyub.